FA Kubokunda ən titullu iki komanda üz-üzə

FA Kubokunda ən titullu iki komanda üz-üzə
22:06 21 Fevral 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

İngiltərə FA Kubokunda 1/4 finalının püşkatması keçirilib. Püşkatma turnirin ən titullu iki komandasını qarşı-qarşıya gətirib.

ANS PRESS-in məlumatına görə, hərəyə 11 dəfə FA Kubokunun qalibi olan “Mançester Yunayted” və “Arsenal” yarım finala çıxmaq uğrunda gərgin mübarizə aparacaqlar.

Püşkatmanın nəticələri belədir:

“Mançester Yunayted” – “Arsenal”

“Aston Villa” – “Vest Bromiç”

“Bredford” – “Ridinq”

“Liverpul” – “Blekbörn”

Turnirin son qalibi “Arsenal”dır. Arsen Vengerin komandası ötən ilin finalında “Hall Siti”ni məğlub edərək 9 il sonra ilk titulunu qazanmışdı. “Mançester Yunayted” isə İngiltərə FA Kubokunda sonuncu dəfə 2004-cü ildə xoşbəxt sonluğa çatıb. Bu iki komanda FA Kubokunda sonuncu dəfə 2011-ci ildə 1/4 finalda görüşmüş və sevinən tərəf “qırmızı şeytanlar” olmuşdu.

Bu il baş mükafatı qazanmağa əsas namizəd isə “Liverpul”dur. Titula ac olan komanda 9 il ərzində cəmi 1 kubok qazana bilib. Bu da 2010-11 mövsümündə qazanılan Liqa Kubokudur. “Çelsi”, “Mançester Siti” kimi komandaların yoxluğunda, mersisaydlıların əsas rəqibi “Arsenal” “Mançester Yunayted” görüşünün qalibi olacaq. Brendan Rocersin gənc komandasına bu kubok hava su kimi vacibdir. Həmçinin bu kubok mövsümün sonunda komandanı tərk edəcək Stiven Cerrard üçün də gözəl hədiyyə olardı.

Qeyd edək ki, oyunlar 7-8 mart tarixində keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR