Silahlılar 90 oğlan uşağı oğurladı

Silahlılar 90 oğlan uşağı oğurladı
22:09 21 Fevral 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Sudanın şimalında silahlılar 89 oğlan uşağını girov götürüblər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Uşaq Fondunun (YUNİSEF) məlumatında bildirilir.

 

Məlumata görə, 12-13 yaşda olan uşaqlar Yuxarı Nil əyalətinin inzibati mərkəzi Malakal şəhəri yaxınlığındakı Vau Şiluk yaşayış məntəqəsində girov götürülüb.  

 

Silahlılar qəsəbəni mühasirəyə alaraq bütün evlərdə axtarış  aparıblar və girov götürdükləri uşaqları zorla naməlum istiqamətdə aparıblar.   

 

Hüquq müdafiəçilərinin məlumatına görə, Cənubi Sudanda silahlılar  oğurladıqları uşaqları nökər və ya döyüşçü qismində istifadə edirlər.

 

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR