Falkao yenə klub dəyişir?

Falkao yenə klub dəyişir?
17:57 2 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

Turinin “Yuventus” klubu yay transfer dönəmində Kolumbiya millisinin hücumçusu Radamel Falkaonu ala bilər.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, Falkaonun icarə qaydasında çıxış etdiyi “Mançester Yunayted” mövsümün sonu futbolçunu məxsus olduğu “Monako”dan birdəfəlik almaq istəməsə, o zaman “Yuventus” hərəkətə keçəcək. İtaliya təmsilçisinin Falkaonu transfer etmək niyyətinin güclü olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl “Yuventus”un direktoru Beppe Marotta da kolumbiyalı hücumçunun mövsümün əvvəli Turin klubuna keçməyə yaxın olduğunu demişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR