"Playboy" gözəli futbolçuya dərs keçəcək

"Playboy" gözəli futbolçuya dərs keçəcək
22:16 21 Fevral 2015
89 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin yeni transferi Xuan Quadrado maraqlı addım atıb.


ANS PRESS-in məlumatına görə, futbolçu İngiltərəyə alışmaq və ingilis dilini öyrənmək üçün özünə müəllim tutub.

Amma kolumbiyalı ulduz fərqli addım atıb. Belə ki, o, özünə müəllim olaraq "Playboy" ulduzu Karla Hoveni seçib.

Qeyd edək ki, Karla Hove Luke Şav, Mario Balotelli və Patrik Evra kimi ulduzlarla birlikdə olub.

Son dünya çempionatında Kolumbiya millisinin heyətində ən yaxşılardan olan Quadrado hələ yayda Mourinyonun siyahısına düşmüşdü. Quadrado “Çelsi”də sevdiyi hücumun sağ tərəfində çıxış edəcək. Onsuzda beynəlmiləl komanda olan “Çelsi”, Quadradonun gəlişi ilə daha da zənginləşdi. Hal-hazırda “Çelsi”nin heyətində 12 müxtəlif millətdən futbolçu var. Qeyd edək ki, 26 yaşlı futbolçu 2009-12- ci illərdə “Udineze”dəki çıxışı ilə məhşurlaşıb. Daha sonra “Fiorentina”ya keçən Quadrado bənövşəyi forma ilə 105 oyunda 26 qol vurmağı bacarıb. Quadrado 2010-cu ildən Kolumbiya millisinin şərəfini qoruyur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR