Yaraqlılar 89 uşağı oğurladı

Yaraqlılar 89 uşağı oğurladı
22:31 21 Fevral 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Sudanda naməlum yaraqlılar azı 89 uşağı oğurlayıblar.

ANS PRESS xəbər verir ki, BMT Uşaq Fondunun (UNICEF) nümayəndələrinin bildirdiyinə görə, hücum ölkənin şimalındakı şəhərlərdən birində baş verib.

UNICEF-də qeyd edirlər ki, tutulan uşaqların sayı bundan xeyli çox ola bilər.

Qeyd edək ki, Cənubi Sudanda xeyli vaxtdır müharibə gedir. Münaqişədə 20-yə yaxın müxtəlif silahlı qruplaşma iştirak edir.

Ölkənin 12 milyonluq əhalisinin yarıdan çoxu humanitar yardıma möhtacdır. Müharibədən və etnik təmizləmədən yaxa qurtarmağa çalışan yüz mindən çox qaçqın BMT-nin hərbi bazalarına sığınıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR