Zaqatalanın kəndlərində də modul tipli sutəmizləyici qurğular quraşdırılacaq

Zaqatalanın kəndlərində də modul tipli sutəmizləyici qurğular quraşdırılacaq
22:43 21 Fevral 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 22 fevral, Mustafa Dadaşov, AzərTAc
Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ildə Zaqatalanın kəndlərində rayonda ilk dəfə olaraq modul tipli sutəmizləyici qurğuların quraşdırılması planlaşdırılır.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, qurğuların tikintisi üçün Uzunqazmalar, Uzuntala, Yuxarı Çardaxlar, Ələsgər və Paşan kəndlərində müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri artıq başa çatdırılıb.
Modul tipli sutəmizləyici qurğular quraşdırıldıqdan sonra bu kəndlərin içməli su problemi tam aradan qaldırılacaq və əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalanin_kendlerinde_de_modul_tipli_sutemizleyici_qurgular_qurasdirilacaq-834025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR