İŞİD silahlıları aralarında yaranmış mübahisə zamanı bir-birini güllələyiblər

22:47 21 Fevral 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 22:32 ]

Bakı-APA. İŞİD silahlıları siqaret çəkənlərə qarşı cəza tədbiri müəyyən edərkən aralarında yaranmış mübahisə zamanı bir-birini güllələyiblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Waradana  agentliyinə  hadisənin baş verdiyi Kərkük əyalətinin polis idarəsindən bildirilib.  

 

“Onlar siqaret çəkən bir neçə gənci saxlayıblar və qadağanı ilk dəfə pozanları şallaqlamağa, pozuntuya təkrar yol vermiş şəxslərin isə barmaqlarını kəsməyə qərar veriblər”, deyə polis nümayəndəsi bildirib.

 

Lakin barmaq kəsmək qərarının olduqca ciddi və şəriətdə nəzərdə tutulmayan cəza tədbiri olduğunu iddia edən bir qrup silahlı hökmün icrasına qarşı çıxış edib. Yaranmış mübahisə atışma ilə nəticələnib, nəticədə 12 silahlı ölüb.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR