Bakıda toylara qadağa qoyuldu

Bakıda toylara qadağa qoyuldu
22:56 21 Fevral 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Yay Oyunları günlərində Bakıda toy keçirilməyəcək.

ANS PRESS-in sportinfo.az-a istinadən məlumatına görə, Bakıda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində paytaxtın şadlıq saraylarında toyların keçirilməsinə icazə verilməyəcək.

Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq.

Bu məlumatı ATV telekanalına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da təsdiqləyib. O, bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR