Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanda dollar ucuzlaşdı
22:57 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Bankın qərarı ilə 1,05 manata qaldırılan dolların satış kursunda enmə müşahidə edilib.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, MB-nin qərarı ilə valyutadəyişmə məntəqələrində qısamüddətli fasilədən sonra bərpa edilən dollar satışı 1,07 manatdan həyata keçirilib.
 
Hazırda isə dolların satış kursu 1,055 manata enib.
 
Mərkəzi Bank da daxil olmaqla, artıq banklar internet resurslarında yenilənmə etməyə başlayıblar. Mərkəzi Bankda dolların satış kursu 1,05 AZN, avro isə 1,195 AZN olaraq göstərilib.
 
“Unibank” isə günortadan sonra təqdim etdiyi qiymətləri yeniləyib. Hazırda bu bankın valyutadəyişmə məntəqələrində dolların satış kursu 1,055, alış kursu isə 1,02 manatdır.
 
“Kapitalbank”da da satış kursunda 1,5 qəpiklik ucuzlaşma əksini tapıb. Bankın valyutadəyişmə məntəqələrində dolların satış kursu 1,055, alış kursu isə 1,048 manatdır; avro isə 1,218 manat satış, 1,185 manat alış kursudur.
 
Digər banklarda da dolların satış qiymətinin 1,055 manatla məhdudlaşdığı görünür.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/42482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR