Suriyada iki erməni öldürüldü

Suriyada iki erməni öldürüldü
22:59 21 Fevral 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənilərin Suriyada sıx məskunlaşdıgı Hələb şəhəri yenidən bomba və raket zərbələrinə məruz qalıb. Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bombardman nəticəsində iki erməni ölüb. 


Atəş nəticəsində Sako Karkelyan və Arut Aqsanyan öldürülüb. Jak Aslanyan, Ovsep Çaloqyan, Avo Zarminyan, Levon Barseqyan və Nazo Aqsanyan yaralanıb. Erməni məhəllələrinə ciddi ziyan dəyib.

Bu haqda Suriyada erməni dilində çıxan "Qandzasar" qəzeti xəbər verib.

Suriyada vətəndaş müharibəsi artıq 4 ildir davam edir. BMT-nin məlumatına görə, bu vaxt ərzində 125 min insan həlak olub, 2 milyon nəfər isə qaçqın düşüb, 4 milyon insan yerini dəyişib.

Suriyada ermənilər əsasən Hələbdə və Dəməşqdə yaşayırlar. Müharibənin başlanğıcına qədər ölkənin erməni icmasını təxminən 80 min nəfər təşkil edirdi. Hal-hazırda təxminən 20 min erməni Suriyanı tərk edib – onlar əsasən Ermənistana, Livana və ABŞ gedib.

Qeyd edək ki, 3 il ərzində Suriyada təxminən 100 erməni həlak olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR