Aviabiletlərin qiyməti qalxdı

Aviabiletlərin qiyməti qalxdı
23:04 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankın manatın və dolların yeni məzənnəsinin müəyyənləşməsi ilə bağlı qərarından dərhal sonra aviabiletlərin də qiymətində artım baş verib.

 

Turizm şirkətlərindən virtualaz.org saytına verilən xəbərə görə, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var.

 

Məsələn, Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub.

 

Bkı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. İndi isə həmin bilet 392 manat 17 qəpikdir.

 

Bakıdan Moskvaya və geriyə uçmaq istəyənlər bileti indi 468 manat 15 qəpiyə alacaqlar. Halbuki bir gün bundan qabaq 351 manat 25 qəpiyə alırdılar.

 

“Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL) təyyarə biletlərinin qiymətinin artmasını hələlik şərh etməyiblər.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR