Soyuq havanın İSTİ QİDALARI

Soyuq havanın İSTİ QİDALARI
23:05 21 Fevral 2015
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Soyuq havanın ağır fəsadlarından qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil. Geyimlə yanaşı düzgün qidalanma bu məsələdə vacib şərtlərdən biridir. Soyuq havada hansı qidalara və içkilərə üstünlük verilməlidir?
 
Milli.Az modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
 
1. Sorbalar. Mütləq şəkildə ailə menyunuzda duru xörəklər olmalıdır. Şorbalar bədəni qızdırır, orqanizmin normal temperaturunu təmin edir. Daha çox çuğundur, kök, kartof və kələmlə hazırlanmış şorbalara üstünlük verilməlidir. 
 
2. Ət məhsulları. Soyuq havada ət məhsullarını, xüsusilə qoyun və hinduşka ətini ən yaxşı qida məhsulu saymaq olar. Ətdə olan zülal enerjini artırır, hinduşka ətində olan triptofan isə qış və soyuq hava stressinə qarşı ən yaxşı vasitədir. Pəhriz saxlayanlar hazırki soyuq havalarda bir neçə günlüyə pəhrizlərini dayandıra bilərlər. 
 
3. Ədviyyatlar. Darçın, zəncəfil, süyüd, istiot kimi ədviyyatlar yeməklərə xüsusi dad verməklə yanaşı soyuq havalarda köməyə çatan ən təsirli vasitələrdir. Belə ki, bu ədviyyatların tərkibindəki maddələr qan dövranını yaxşılaşdırır və bunun nəticəsində də orqanizmdə istilik yaranır. Soyuq havalarda nanə, zəncəfil, keşnişdən istifadə etmək məsləhət görülmür. Çünki bu ədvalar orqanizmə soyuducu təsir göstərir. 
 
4. Meyvələr. Soyuq havalarda daha çox şirin meyvələrə, üzüm, banan, armud və şirin almaya üstünlük verilməlidir. Sitrus meyvələri, xüsusilə portağal və narıngi əks effekti verir. Bu meyvələrin həvəskarları müvəqqəti olaraq sitrus bitkilərindən imtina etməlidirlər. 
 
5. Qara çay. Yəqin ki, heç kim soyuq qış günlərində pürrəngi qara çaydan imtina etməz. Qara çay damarları genişləndirmək və bədənin temperaturunu artırmaq xüsusiyyətinə malikdir.
 
Özünüzü soyuq havalardan qoruyun ki, qarşıdan gələn baharı, ilıq nəfəsli yaz günlərini sağlam və gümrah qarşılaya biləsiniz.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/42413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR