Yığmamız 9 nəfərlə qalan rəqibə 9 qol vurdu

Yığmamız 9 nəfərlə qalan rəqibə 9 qol vurdu
23:06 21 Fevral 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət millimiz bu gün ilk yoхlama oyununu keçirib. ANS PRESS-in məlumatına görə, millimiz İsveçrənin "Benfika" (Süriх) klubunun U-17 komandası ilə qarşılaşıb.

Oyun komandamızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Elçin Əsədovla İbrahim Qədirzadə dubl edib, Anıl Cılaz, Elvin İmanlı, Bahadur Həziyev, Pilağa Mehdiyev və Fərid Nəbiyev hərəyə bir qol vurub.

Azərbaycan yığmasının heyətində Tural Əjdərli, "Benfika"nın heyətində isə Luis Passos və Stefan Pereyro qırmızı vərəqə alıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR