Gənclər mobil bankçılığı seçir

Gənclər mobil bankçılığı seçir
23:12 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ilin sonunda Gemalto analitik şirkəti tərəfindən keçirilmiş araşdırmaya əsasən, Böyük Britaniya, ABŞ, Braziliya, Meksika və Sinqapurda 16-24 yaşlı gənclərin arasında mobil bankçılıq xidmətlərindən yararlanan istifadəçilərin sayı xeyli artıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-da respondentlərin 39 faizi hesab edir ki, mobil bankçılıq xərclərə daha yaxşı nəzarət etməyə kömək edir; Braziliyada rəyi soruşulmuşların 42 faizi mobil bankçılıq xidmətlərini dəstəkləməyən bankı dəyişməyə hazırdırlar; Meksikada respondentlərin 73 faizi bank əməliyyatları üçün smartfon və ya planşetlərdən aktiv istifadə edir.
 
Maraqlıdır ki, gənclər belə xidmətlərdə rahat naviqasiyanın mövcudluğuna və interfeysin nəfis dizaynına böyük əhəmiyyət verirlər. Həmçinin gənclər üçün mobil bankçılığın köməyi ilə əməliyyatların edilməsi zamanı fərdi informasiyanın yüksək təhlükəsizlik səviyyəsi mühüm amildir. Şirkətin nümayəndəsi vurğulayıb ki, Böyük Britaniya (50 faiz), Sinqapur (77 faiz) və Meksikada (46 faiz) gənclərin böyük hissəsi lazımi təhlükəsizliyi təmin etməyən bankın xidmətlərindən imtinaya hazırdırlar.
 
Mobil bankçılıq xidmətlərinə marağın artması regionlarda mobil qurğuların geniş yayılmasına səbəb olub. Belə ki, respondentlərin 54 faizi smartfona (rəyi soruşulmuşların təxminən 45 faizi bank əməliyyatlarını həyata keçirir), 38 faizi isə eyni zamanda smartfon və planşetə malikdir. Bu halda respondentlərin 38 faizdən çoxu gün ərzində mobil qurğudan 5 saatdan çox istifadə edirlər. Gənclərin mobil qurğularının köməyi ilə həyata keçirdikləri ən çox yayılmış bank əməliyyatları hesabların ödənilməsi (40 faiz) və ölkə daxilində pulköçürmələridir (26 faiz).
 
Ümumilikdə gənclər mobil bankçılıq xidmətlərinin gələcəyinə inanırlar: onların 18 faizi hesab edir ki, bank hesabına müntəzəm giriş maliyyə məsələlərində daha məsuliyyətli olmağa kömək edir; respondentlərin 36 faizi əmindir ki, onlar telefon və ya planşetdən mobil bankçılığın köməyi ilə öz xərclərinə daha yaxşı nəzarət edə bilərlər və rəyi soruşulmuşların 24 faizi hesab edir ki, mobil bankçılıq onların həyatının ayrılmaz bir hissəsidir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR