Fransa klubunun 16 azarkeşi tutuldu

Fransa klubunun 16 azarkeşi tutuldu
23:12 21 Fevral 2015
79 İdman
Ölkə mətbuatı
A- A+

Fransa polisi “Nitsa”nın 16 azarkeşini həbs edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna ötən gün ölkə çempionatının XXVI turu çərçivəsində evdə “Monako” ilə oyunda dava salmaları səbəb olub.
 
Belə ki, meydan sahiblərinin təxminən 20 fanatı rəqib komandanın azarkeş qrupuna hücum edib. Hadisə nəticəsində Monako təmsilçisinin 3 azarkeşi yaralanıb. Onlardan birinin vəziyyəti isə ağırdı. Yerli polis araşdırmanı davam etdirir.
 
Xatırladaq, qarşılaşmada “Monako” 10 nəfərlə 0:1 hesabı ilə qalib gəlib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/42385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR