6,5 metrlik Mercedes-Maybach Pullman - FOTO

6,5 metrlik Mercedes-Maybach Pullman - FOTO
23:22 21 Fevral 2015
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mercedes-Benz şirkəti 2016-cı model ilinin qeyri-adi Mercedes-Maybach Pullman limuzinini rəsmi məxvilikdən çıxarıb. 6,5 metrlik son dərəcə dəbdəbəli avtomobilin ictimai təqdimatı Cenevrə beynəlxalq avtosalonunda nəzərdə tutulub. Yenidən dirçəldilmiş brendin flaqman modeli 530 at güclü və 830 fırlanma anı olan 6,0 litrlik tvin-turbo V12 mühərriki ilə təchiz edilib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni premial avtomobilin uzunluğu 6 449 mm-dir, hündürlüyü isə Mercedes-Maybach S500/S600 dəbdəbəli sedandan 100mm çoxdur. Bundan başqa Mercedes-Maybach Pullman limuzinin təkər bazası 4418 mm-dir. Bu təxminən Mazda3 sedanın uzunluğuna bərabərdir.
 
Mercedes-Maybach Pullman limuzinin salonunda əldə edilmiş bütün əlavə məkan üz-üzə əyləşəcək arxa sərnişinlər üçün nəzərdə tutulub. Sərnişin bölməsini sürücü hissəsindən elektriklə idarə edilən şüşə arakəsmə ayırır. Şüşə həm şəffaf, həm də ton verilmiş ola bilər. Dəbdəbəli avtomobilin nizamlanan kürsülərdə əyləşmiş sərnişinləri 18,5 düymlük (47 sm) monitora baxmaq və yüksək keyfiyyətli Burmester 3D sisteminin səslənməsini dinləmək imkanına sahib olacaqlar.
 
Avtomobilin salonu artıq standart versiyada başdan-başa yüksək keyfiyyətli dəri ilə üzlənib. Şirkətdə qeyd edirlər ki, bütün bunlar “misilsiz dəbdəbənin” yalnız başlanğıcıdır. Demək ki, alman istehsalçı müştərilərinə nə isə fantastik bir avtomobil təqdim etməyə hazırlaşır.
 
Mercedes-Maybach Pullman 2016 modelinin dinamik xüsusiyyətləri açıqlanmır. Limuzinin satışları gələn il başlayacaq. İlkin qiymətin 500 000 avro (570 000 dollar/370 000 funt sterlinq) olacağı gözlənilir.
 
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR