Ağstafa sakini 2-ni min elədi (FOTO)

Ağstafa sakini 2-ni min elədi (FOTO)
23:46 21 Fevral 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayon sakini əldə etdiyi 2 yumurtadan minə yaxın qırqovul artırıb. Amma düzgün qulluq olunmadığından onlardan yarıya qədəri məhv olub.

Hazırda öz həyətində bu quşları bəsləyən Vüqar İsayev 50-yə yaxın qırqovulu təbiətə buraxıb.

Fransadan gətirilən quşlar soyuğa davamlı olduğundan qərb bölgəsində onu yetişdirmək o qədər də çətinlik yaratmır.

Gözəllikləri ilə göz oxşayan quşlara Ağstafa ilə yanaşı, qonşu rayonlardan da maraq böyükdür. Əsasən həyətlərdə gözəllik simvolu kimi saxlanılan qırqovulun bir cütü 60-70 manata satılır. V.İsayev daha çox erkək qırqovulun ətindən istifadə edildiyindən onlara marağın böyük olduğunu deyir.

İki qardaşın yaratdığı kiçik təsərrüfatda əsasən qırqovulun qızılı, məxməri, Qafqaz növləri saxlanılır. Dənli bitkilərlə qidalanan bir yaşlı qırqovul 1-1,5 kq çəkiyə malik olur.









Mənbə
Region TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR