Mobil qurğulara ağac enerji verəcək

Mobil qurğulara ağac enerji verəcək
23:52 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Finlandiya Texniki Araşdırma Mərkəzində (VTT) çalışan alimlər qrupunun Oulu şəhərində təqdim etdiyi yeni həllin köməyi ilə mobil qurğuları enerji ilə doldurmaq olar. Yeni həll orqanik materiallardan hazırlanmış nazik və elastik günəş panel rolunu oynayan yarpaqlara malik ağacdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu 3D printerin köməyi ilə yaradılıb. Ağacın yarpaqları enerjini ekoloji cəhətdən təhlükəsiz yolla (bərpa olunan mənbələrdən) alaraq toplaya bilər.
 
Belə yarpaqlar VTT tərəfindən ixtira edilmiş unikal texnologiya üzrə yaradılıb.
 
Ağacın yaradıcıları ümid edirlər ki, bu həll investorlarda maraq doğuracaq və tədricən kütləvi istehsal ediləcək və Oulu regionunu yeni iş yerləri ilə təmin edəcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR