Biz yalanları ifşa edirik

Biz yalanları ifşa edirik
00:01 22 Fevral 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, biz gerçəklikləri dünyaya çatdırmaq istəyirik.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ankarada Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçirilən "Empathy 2015" adlı tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.

Onun sözlərinə görə, bu cür tədbirlərin bir qismi Azərbaycan dövləti tərəfindən, digər qismi isə Azərbaycan və Türkiyə diasporaları tərəfindən həyata keçirilir.

Ə.Həsənov bildirib ki, Xocalı soyqırımı ilə bağlı keçirilən builki tədbirlər həm də qondarma “erməni soyqırımı”nın yüz illik tədbirləri ilə üst-üstə düşdüyündən, Türkiyə və Azərbaycan diasporları birlikdə bu tədbirləri keçirirlər: “Bizə ünvanlanmış yalanları ifşa etmək istəyirik və Xocalı soyqırımınn gerçəkliklərini, reallıqlarını dünyaya çatdırmaq istəyirik”.

PA rəsmisi qeyd edib ki, 23 il bundna qabaq ermənilərin törətdiyi vəhşilikləri, insanlıq əleyhinə olan günahları dünyaya çatdırmaq lazımdır: “Məqsəd də ondan ibarətdir ki, bu hadisənin səbəbkarları, onu törədənlər, bütün dünyaya bəlli olsun və bunun günahkarları beynəlxalq hüquq qarsında öz cəzalarını aslınlar”.

Ə.Həsənov deyib ki, Azərbaycan bunları etməklə, Ermənistandan qisas almaq istəyində deyil: “Biz qisasçı olmamışıq. Bundan sonra da olmayacağıq. Amma hər bir hadisəni törədən öz məsuliyyətini dərk etməlidir və törətdiyi hadisənin beynəlxalq hüquq qarşısındakı yükünün məsuliyyətini bilməlidir”.

Qeyd edək ki, tədbirə Azərbaycan və Türkiyənin dövlət məmurları, millət vəkilləri və QHT nümayəndələri olmaqla 300 nəfərdən çox iştirakçı qatılıb.
Mənbə
ANS PRESS Saməddin Mehralıyev



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR