Bakıda bu kəndlərdə işıq problemi var - SİYAHI

Bakıda bu kəndlərdə işıq problemi var - SİYAHI
00:14 22 Fevral 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

 “Hazırda Bakıda və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur. Problem yaranmış ərazilərdə isə əməkdaşlarımız xətləri bərpa edirlər”. 

 

Bunu APA-ya açıqlamasında “Azərişıq”  ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

 

T. Mustafayev qeyd edib ki, güclü  külək, çovğunla əlaqədar  hava veriliş xətlərində  problemlər olub.

 

 

Mətbuat xidməti rəhbəri qeyd edib ki, artıq Bilgəh, Maştağa, Zabrat, Nardaran kəndlərində enerji verilişi tam bərpa edilib: “Sulutəpə, Xocahəsən, Binəqədi, Hovsan kəndlərinin də bəzilərində enerji verilişi bərpa olunub, bəzi yerlərdə isə əməkdaşlarımız xətləri bərpa etməklə məşğuldurlar”.

 

Qeyd edək ki, bu gün Bakıda hava şəraiti kəskin dəyişib. Günün ikinci yarısı güclü küləklə müşayiət olunan qar yağışı başlayıb.

 

Hava şəraitinin dəyişməsindən sonra Bakıda və ətraf kəndlərdə enerji verilişində müəyyən fasilələr yaranıb.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR