“Azərişıq” problemlərə münasibət bildirdi

“Azərişıq” problemlərə münasibət bildirdi
00:56 22 Fevral 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+

“Hazırda Bakıda və ətraf qəsəbələrin əksəriyyətində enerji verilişi ilə bağlı ciddi problem yoxdur. Problem yaranmış ərazilərdə isə əməkdaşlarımız xətləri bərpa edirlər”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev APA-ya açıqlamasında deyib.

T. Mustafayev qeyd edib ki, güclü külək, çovğunla əlaqədar hava veriliş xətlərində problemlər olub.

Mətbuat xidməti rəhbəri qeyd edib ki, artıq Bilgəh, Maştağa, Zabrat, Nardaran kəndlərində enerji verilişi tam bərpa edilib: “Sulutəpə, Xocahəsən, Binəqədi, Hovsan kəndlərinin də bəzilərində enerji verilişi bərpa olunub, bəzi yerlərdə isə əməkdaşlarımız xətləri bərpa etməklə məşğuldurlar”.

Qeyd edək ki, bu gün Bakıda hava şəraiti kəskin dəyişib. Günün ikinci yarısı güclü küləklə müşayiət olunan qar yağışı başlayıb.

Hava şəraitinin dəyişməsindən sonra Bakıda və ətraf kəndlərdə enerji verilişində müəyyən fasilələr yaranıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR