“Bakı 2015”ə görə toylara qadağa qoyuldu - video

“Bakı 2015”ə görə toylara qadağa qoyuldu - video
01:01 22 Fevral 2015
503 Şou
Ölkə mətbuatı
A- A+

Bakı 2015 Avropa Oyunları ərəfəsində Nizami və Xətai rayonlarında yerləşən şadlıq evlərində toylara qadağa qoyulub.

Axşam.az-ın məlumatına görə, buna səbəb nəqliyyatda yarana biləcək sıxlıqların qarşısını almaqdır.

Bu haqda ATV-yə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib:

"Ölkəyə gələcək idmançıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi vacib məsələlərdən biridir. Avropa Oyunlarının keçiriləcəyi ərəfədə toy mərasimlərinin təşkili məqsədəuyğun deyil. Bunu edən şəxslərə əvvəlcədən tövsiyə edirik ki, tıxacların, nəqliyyatdakı sıxlığın qarşısını almaq üçün toy mərasimini başqa aya keçirsinlər”.

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-dən 28-nə kimi davam edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR