İşçiləri şirkətdən oğurluq etdilər (VİDEO)

İşçiləri şirkətdən oğurluq etdilər (VİDEO)
01:16 22 Fevral 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Paytaxtda mobil ötürücü stansiyadan oğurluq edildi.

ANS TV-nin məlumatına görə, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində şirkətlərdən birinə maddi ziyan vurulub. Artıq bu işdə şübhəli bilinən şəxslər də polis tərəfindən saxlanılıb. Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyatçıları paytaxt sakinləri 26 yaşlı Qarayev Fəxrəddin Yadigar oğlunu və 24 yaşlı Əliyev Rauf Nadir oğlunu törətmiş olduqları oğurluq əməlindən bir neçə saat sonra zərərsizləşdirib.

Bölmənin məlumatına görə, bu iki gənc ölkədə fəaliyyət göstərən mobil operatorlardan birinə məxsus ötürücü stansiyadan oğurluq edibmiş. Əslində Fəxrəddinlə Rauf elə həmin mobil operator şirkətinin işçiləridir. Onlardan biri fəhlə, digəri isə sürücü işləyirmiş. Stansiyadan 12 ədəd akkumulyatoru aparmaq fikrinin müəllifi olan Fəxrəddin Qarayev hətta stansiyanın kamera müşahidəsi altında mühafizə olunduğunu da unudub.

Saxlanılan şəxs Fəxrəddin Qarayev qapı açıq olduğu üçün akkumulyatoru görüb və aparmaq qərarına gəlib. Daha sonra onu çəkiyə verərək pul əldə ediblər.

Saxlanılan şəxs Rauf Əliyev ümumi çəkidən 215 manat qazandıqlarını amma bundan ona yalnız 105-106 manat çatdığını deyir.

Müəyyən edilib ki, 12 ədəd akkumulyatorun oğurlanması zərərçəkmiş şirkətə təxminən 1500 manat dəyərində maddi ziyan vurub. Xüsusi olaraq bu cür avadanlıqlar üçün nəzərdə tutulmuş elektrik qidalandırıcıları onların təhvil verildiyi əlvan metal qəbulu məntəqəsindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Gənclər təqribən 200 manat müqabilində özgəsinə xeyli miqdarda maddi ziyan vurduqlarına görə istintaq məsuliyyətinə cəlb olunub.

Mənbə
ANS-TV-Sərxan Kamallı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=327499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR