Bakıda 70 avtoxuliqan barəsində inzibati həbs tədbirləri görülüb

Bakıda 70 avtoxuliqan barəsində inzibati həbs tədbirləri görülüb
01:38 22 Fevral 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc 
İlin əvvəlindən bu günə kimi Bakıda 70 avtoxuliqan tutularaq barələrində inzibati həbs tədbirləri görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AzərTAc-a bildirib ki, polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq yayınmağa nail olan 9 sürücü barəsində tərtib olunmuş raport əsasında onların aşkar edilməsi istiqamətində işlər aparılır.
Keçirilən reydlərin məqsədi günün istənilən saatlarında hər bir insanın rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_70_avtoxuliqan_baresinde_inzibati_hebs_tedbirleri_gorulub-834028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR