""Halal nemət 1000 bərəkət" rəhbərliyi: "Yerli bazardan ət almırıq"

""Halal nemət 1000 bərəkət" rəhbərliyi: "Yerli bazardan ət almırıq"
17:24 25 Aprel 2016
129 Digər
Ölkə mətbuatı
A- A+

 

“Səhliyalı” müəssisəsi 1996-cı ildən fəaliyyət göstərir. 2010-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub. Halal qidalanmaq istəyənlərin istəklərini nəzərə alaraq “Halal Nemət 1000 Bərəkət” adlı halal kolbasaların və sosislərin istehsalına başlanılıb. Hazırda da firmada çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyət, inam qazanmaq, düzgünlük, halal və keyfiyyətli məhsul istehsal etməkdir. Bütün bu keyfiyyətlər “Səhliyalı” firmasının qüsursuz nəticə əldə etməsinə səbəb olur.

 

Yazılanların əyani sübutu olaraq, “Səhliyalı” firması jurnalistlər üçün firma daxilində infotur keçirib. Müəssisədə birmənalı şəkildə donuz əti və yağından istifadə edilmir. Firma ət kəsimi məsələsi ilə bağlı müəyyən addımlar atıb. Heyvanların harada və necə kəsilməsinə həssaslıqla yanaşılır, islamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edilir. Firmada “ət kəsimi” deyilən xüsusi yer ayrılıb. Kəsim sexinin inşaatı təzə yekunlaşıb. Burada yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun olaraq heyvan kəsimləri həyata keçirilir. Şirkətin avadanlıqları isə Almaniyadan gətirilib. Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib. Bununla da bura Abşeron rayonundakı bütün mal-qaranın kəsim yeri olub. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Xəstə heyvanlar sağlam heyvanlardan ayrı saxlanılır. Kəsilmiş ətlər isə növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır.

 

“Səhliyalı” müəssisəinin istehsalat üzrə müdir müavini Rəfael Məmmədov məlumat verir.

- 2009-cu ildən halal məhsul istehsal edirik. İdxal etdiyimiz ədviyyatların, ətin halal olmasına, daha doğrusu, halal standartının bütün prinsiplərinə əməl etmişik, edirik. Və buna görə də “Halal Nemət 1000 Bərəkət” adlı əmtəə nişanını almışıq.

 

İnsanlar arasında  belə bir fikir səsləndirilir ki, ümumiyyətlə, halal kolbasa və ya sosis anlayışı yoxdur. Müdir müavini bu fikrə aydınlıq gətirir.

 

- Biz də bir müsəlman ailəsi olaraq halallığa və halal nemətlərə çox əhəmiyyət veririk. İlk növbədə özümüzün buna ehtiyacımız var. Bu məsələdə də çox şəffafıq. Kimin şübhəsi varsa, buyursun! Fransadan, Almaniyadan, İtaliyadan kolbasa və sosis üzlükləri alırıq. Bütün bunlar da halalın tələblərinə uyğundur. Buna görə də həmin qurumlardan biz halallıqla bağlı  sertifikatlar tələb edirik. Təbii ki, bütün bunlar bizdə var, sadəcə, yeni tarixlə tələb edildiyi üçün bunların hamısını təkrar hazırladıq. Aldığımız ədviyyatlara kimi, bütün prosesləri tələbə uyğun hazırladıq və halal sertifikat alan ilk 4 şirkətdən biri olduq.

 

Bazarda mal ətini kilosu 7-8 manat olduğu halda, kolbasanın kilosunun qiyməti aşağı olması alıcılarda çaşqınlıq yaradır. R. Məmmədovun sözlərinə görə, kolbasa və sosislərin tərkibi heç də sırf ətdən olmur.

 

- Təəssüflər olsun ki, bəzi insanlar kolbasada, sadəcə ətdən istifadə olunduğunu düşünür. Kolbasa və sosislər ət məhsuludur. Burada ən çox faiz ətə məxsus olsa da, kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatlardan istifadə olunur. Toyuq əti əlavə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydın olur. Üstəlik də istehlakçılar bazardan 1-2 kilo ət alır. Amma biz heyvanı özümüz kəsdiyimiz üçün ətin kilosu ucuz gəlir. 4-5 manata. Bütün qatqı maddələri hamısı halal mənşəlidir. Bütün aldıqlarımızın halal sertifikatları var. Bu sertifikatlar da həm Malayziyada, həm Hindistanda, əsas da Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənir. Dünyada qəbul edilən halal sertifikatına uyğun olaraq işlərimizi qurmuşuq və tamamilə “Halal Nemət 1000 Bərəkət” brendi ilə halal məhsullar istehsal edirik.

 

Burada məhsullar farş halından qablaşdırma mərhələsinə qədər heç bir insan əli dəymədən hazırlanır.

 

- Dünyada ən böyük ət bazarı Hindistandır. Hindistanın ət sahəsində ixtisaslaşmış məşhur “Allanasons” firması var. Bu firma İslamın qayda-qanunlarına uyğun olaraq ət kəsimi ilə məşğuldur. Və şirkət halal sertifikata malikdir. Biz həmin firmadan da məhsul alırıq. Əməkdaşlarımızı həmin şirkətə göndərmişik, bütün mərhələni özləri müşahidə ediblər və çəkiblər. Şəxsən mən özüm də prosesdə iştirak etmişəm. Hindistanda əhalinin sayı 1 milyarddan çoxdur və əksəriyyəti də ət yeməyin qadağan edildiyi hinduizm dininə sitayiş edir. Hindistanda ət ixracı ilə ancaq müsəlmanlar məşğul olur. Bir məqamı da xüsusi olaraq qeyd edim ki, biz şirkət olaraq, ümumiyyətlə, yerli bazardan ət almırıq. Müəssisəmizin öz yardımçı təsərrüfatı var. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkəmizin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Ət tələbatımızın bir hissəsini həmin fermamız vasitəsilə təmin edirik. Təsərrüfatın əsas xətti kökəltmə-ətçilikdir. Gələcəkdə Ukraynadan ət almağı planlaşdırırıq. Toyuqları isə Azərbaycandakı firmalardan alırıq. Onların İslama uyğun olaraq kəsilməsinə özümüz şahid olmuşuq. Biz iddia etmirik ki, kənd çolpası adlandırılan toyuqdan istifadə edirik. Broyler toyuqları alırıq.

 

Firmanı gəzib, istehsalatla tam tanış olduq. Firma rəhbərliyi isə məhsullarının istehsalında şübhəsi olan hər bir vətəndaşı bura dəvət edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/240543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR