Paytaxtda 70 ‘avtoş’ saxlanılıb

Paytaxtda 70 ‘avtoş’ saxlanılıb
01:46 22 Fevral 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

İlin əvvəlindən bu günə kimi Bakıda 70 avtoxuliqan tutularaq barələrində inzibati həbs tədbirləri görülüb.

ANS PRESS-in məlumatına görə, polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq yayınmağa nail olan 9 sürücü barəsində tərtib olunmuş raport əsasında onların aşkar edilməsi istiqamətində işlər aparılır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib AzərTAc-a xəbər verir.

Keçirilən reydlərin məqsədi günün istənilən saatlarında hər bir insanın rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsidir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=327516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR