Masallıda məşhur mebel fabriki yandı (VİDEO)

Masallıda məşhur mebel fabriki yandı (VİDEO)
02:11 22 Fevral 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsində gücül yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Masallı rayonunda yerləşən məşhur mebel firmalarından birinə məxsus fabrikdə güclü yanğın meydana gəlib.

Gecə saatlarında başlayan yanğın daha da şiddətlənməyə başlayıb. Bu barədə "Cenubnews" xəbər verir.

Hadisə baş verən əraziyə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin bütün canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi və böyüməsinin qarşısını almaq üçün FHN-in yanğınsöndürənləri işləyirlər.

Yanğının nədən baş verdiyi isə hələlik bilinmir. Hadisənin dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək ki, yanğın zamanı fabrikə böyük miqdarda zərərin dəydiyi bildirilir.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR