İkiqat paralimpiya çempionu dünya kubokunun qalibi olub

İkiqat paralimpiya çempionu dünya kubokunun qalibi olub
03:48 22 Fevral 2015
137 İdman
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 22 fevral, AzərTAc 
Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, sumqayıtlı İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb.
AzərTAc xəbər verir ki, İ.Zəkiyev finalda yaponiyalı idmançı, London Paralimpiya Oyunlarının qalibi Masaki Kentonu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu Ramil Qasımov da bütün rəqiblərinə qalib gələrək dünya kuboku yarışlarının qalibi olub. Milli komandamızın üzvü Səbinə Abdullayeva (57 kq) final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ikiqat_paralimpiya_chempionu_dunya_kubokunun_qalibi_olub-834032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR