Fərqanə Qasımova Brüsseldə konsert verdi

Fərqanə Qasımova Brüsseldə konsert verdi
03:54 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Brüsselin məşhur konsert zallarının birində - İncəsənət Sarayında Azərbaycanın əməkdar artisti Fərqanə Qasımovanın konserti keçirilib.

 

Lent.az-ın AzərTac-a istinadən xəbərinə görə, anşlaqla keçən konsert Brüssel İncəsənət Sarayının təşəbbüsü və Azərbaycanın Belçikadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.

 

Konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilmiş muğam inciləri, Füzuli kantatası, bır sıra xalq mahnıları və Qarabağ şikəstəsi dinləyicilər tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.

 

Konsertdən sonra Fərqanə Qasımova yerli KİV nümayəndələrinə müsahibə verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR