İraqda indiyədək görünməmiş hadisə: qadın mer oldu

İraqda indiyədək görünməmiş hadisə: qadın mer oldu
04:04 22 Fevral 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdad şəhərinin meri vəzifəsinə ölkə tarixində ilk dəfə olaraq qadın seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hökumət nümayəndəsi bildirib.   

 

Məlumata görə, Bağdadın meri vəzifəsinə Ali Təhsil Nazirliyinin baş direktoru Zikrə Əlvish  təyin olunub.  Qeyd edək ki, İraqda indiyədək mer vəzifəsi  qadına həvalə edilməmişdi. 

 

“İraqın baş naziri Heydər Əl Abadi meri vəzifəsindən Naim Əbbudu azad edərək bu posta Zikrə Əlvişi təyin edib”, deyə İraq hökumətinin nümayəndəsi bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR