“Barselona” belə uduzdu (VİDEO)

“Barselona” belə uduzdu (VİDEO)
04:16 22 Fevral 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında XXIV turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma keçirilib.

"Barselona" doğma meydanda "Malaqa"nı qəbul edib. Lakin Luis Enrikenin yetirmələrinin bu görüşdə heç bəxti gətirməyib. Kataloniya klubun 0:1 hesabı ilə uduzub.

Turun digər matçında "Atletiko" "Almeriya"nı qəbul edib və Madrid təmsilçisi 3 cavabsız qolla oyunun taleyini həll edib – 3:0.

"Deportivo" doğma meydanda "Selta Viqo"ya uduzub - 0:2.

"Valensiya" səfərdə "Kordoba"dan üstün olub - 2:1.

Qeyd edək ki, La Liqada 24-cü tura fevralın 23-ü millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Qranada” ilə “Levante” görüşü ilə yekun vurulacaq.


21 fevral
İspaniya La Liqası, 24-cü tur

"Barselona" - "Malaqa" - 0:1
Qol: Juanmi, 7 (0:1)



"Kordoba" - "Valensiya" - 1:2
Qollar: Qomes, 38 (0:1), Qilas, 74-pen. (1:1), Piatti, 81 (1:2)

"Atletiko" (Madrid) - "Almeriya" - 3:0
Qollar: Mandzukiç, 13-pen, Qriezmann, 20, 29

"Deportivo" - "Selta Viqo" - 0:2
Qol: Karles, 46
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR