Ankarada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

05:07 22 Fevral 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 04:57 ]


Ankara. Mayis Əlizadə-APA. Ankarada Xocalı ilə bağlı tədbir keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, İNDEX  qurumunun təşkil etdiyi tədbirdən əvvəl  ermənilərin tarixi Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımlar, Birinci dünya müharibəsi vaxtı Anadoluda törətdikləri qətliamlar, ASALA terror təşkilatının Türk diplomatlarını şəhid etmələri, 1988-ci ildən sonra  Qarabağı ilhaq cəhdləri, Türk etnosunun Ermənistan ərazisindən tamamilə çıxarılması, Qarabağın  və ətraf rayonların işğalı, Xocalı soyqırımı  barədə çəkilmiş sənədli film nümayiş etdirilib.

 

Tədbirin açılışında dünyada ilk dəfə 4K texnologiyası ilə hazırlanmış slayd nümayiş etdirilib.Tədbirdə çıxış edən İNDEX qurumunun başqanı Rəşad Abdullayev 1915-ci ildə Anadolu torpaqlarında törədildiyi iddia edilən “soyqırım” böhtanlarına qarşı  “Empathy” layihəsiylə çıxış etdiklərini və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə  çatıdırılması  üçün əllərindən gələn hər şeyi edəcəklərini vurğulayıb.”Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev bu işdə lazımi siyasi iradəni nümayiş etdirərək bizə yol göstərməkdədirlər. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, ancaq heç biri indiyədək həyata keçirilməyib. Ona görə də biz Xocalı və Azərbaycan torpaqlarının işğalı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni edəcəyik”, deyə Rəşad Abdullayev qeyd edib.

 

"Eurovision 2012" mahnı müsabiqəsinin qalibi Nigar Camal Xocalı soyqırımını canlandıran slaydın önündə “Broken dreams” adlı mahnısını səsləndirib. Xocavənd rayonu Qaradağ kəndinin sakini Rəşad Zeynallı isə Xocalı soyqırımının yaratdığı psixoloji travmayla bağlı duyğularını salona toplaşanlarla bölüşüb.

 

 

Toplantıda çıxış edən prezident administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib mərasim iştirqakçılarını tədbirə gəldiklərinə görə təşəkkürünü bildiririb. 100 il əvvəl olduğu kimi, bu gün   də Türkiyə və Azərbaycan torpaqlarında cərəyan edən proseslərin “Böyük Ermənistan” xülyasının təzahürü olduğunu xatırladan Əli Həsənov, Birinci dünya müharibəsinin başlamasının səbəblərindən birinin də “erməni məsələsi” olduğunu bildirib: "Biz niyə işimizi-gücümüzü bir tərəfə qoyub ermənilərin bizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqla məşğul oluruq, bu işlərə vəsait xərcləyirik? Çünki “Böyük Ermənistan” xülyası davam etdikcə,  ermənilərinn Türklərə və müsəlmanlara qarşı cinayətləri davam edəcək.  Ona görə biz Xocalı barədə, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı barədə gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq məcburiyyətindəyik. Ermənilər bu iddilarından və işğalçılıq siyasətindən vaz keçmədiyi müddətcə biz haqlı mübarizəmizə davam edəcəyik. 1915-ci ildə baş vermiş hadisələri heç bir əlaqəsi olmadığı halda “soyqırım” kimi xarakterizə etməyə çalışan ermənilərə inanmaq olmaz. Çünki əsl soyqırımı 26 fevral 1992-ci ildə ermənilər Xocalıda bizə qarşı həyata keçiriblər. Xocalı soyqırımını törətməsi və torpaqlarımızı işğal etməsi Ermənistanın özünə ziyan vurdu, çünki bu gün işğalçı Ermənistan bütün regional layihələrdən kənarda qalaraq özünü tamamilə təcrid edib. Dünyanın ədalətli davranaraq Xocalı soyqırımını və torpaqlarımızın işğalını görməsi lazımdır”,  deyə Ə.Həsənov vurğulayıb.

 

Toplantıda çixıç edən Türkiyə Böyük Millət Məclisi Azərbaycan Dostluq Qrupu başqanı, AKP Adana millət vəkili Necdet Ünüvar isə Qafqaz bölgəsində sülhə nail olunması üçün Ermənistanın işğal etidiyi Azərbaycan torpaqlarından çıxmasının başlıca şərt olduğunu vurğulayıb. ”Biz bir daha Xocalı soyqırımı kimi hadisələri görmək istəmirik. Bunun üçün isə dünyanın ədalətli davranması və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxması üçün lazımi təzyiqi göstərməsi lazımdır. Azərbaycanın Xocalı acısı Türkiyənin də acısıdır”, deyə sözlərinə davam edən Necdet Ünüvar, haqq uğrunda mübarizədə Türkiyənin həmişə Azərbaycanın yanında olacağını deyib.

 

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın isə toplantıdakı çıxışında ermənilərin Türklərə  qarşı törətdiyi soyqırımları xatırladaraq, Ermənistanın Qafqazda ədalətli sülhün yaranmasına yaratdığı əngəllərdən danışıb: “Qafqazda daimi sülhə nail olunması ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının  azad edilməsinə bağlıdır. Bölgədə sülh yaradılması üçün sıx şəkildə əməkdaşlıq edən Türkiyə və Azərbaycan buna hazırdır. Ermənistan da hazırdırmı? Yox. Türkiyə və Gürcüstan hərtərəfli əməkdaşlıqla bölgədəki sülhə xidmət edir. Ermənistan da buna hazırdırmı? Yox. Xocalı soyqırımın dünya tərəfindən qəbul edilməsi üçün Türkiyə bundan  sonra da əlindən gələn hər şeyi edəcək”.

 

Qeyd edək ki,İNDEX qurumunun sifarişi ilə 4 ölkədən 300 nəfər mütəxəssisin iştirakı ilə hazırlanmış Xocalı slaydında dünyada ilk dəfə nano-texnologiyadan istifadə edilib. 360 kvadratmetrlik pərdə üzərində göstərilən və tarixi hadisələri canlı kimi əks etdirən  slayd fevralın axırına qədər dünyanın bir çox ölkəsində nümayiş etdiriləcək. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR