Adamları... liftlə arıqladacaqlar

Adamları... liftlə arıqladacaqlar
18:32 2 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

Daha doğrusu, liftsizliklə...

Milli.Az bildirir ki, Türkiyənin Ədirnə vilayətində yerli hakimiyyət vətəndaşlara ictimai binalarda ilk 3 mərtəbəyə qalxmaq üçün liftdən istifadəni yasaqlamağı qərara alıb.

The Daily Sabah yazır ki, Ədirnə valisi Dursun Əli Şahin köklüklə mübarizədə insanları pilləkənlərdən istifadə etməyə çağırıb.

"Lift əvəzinə pilləkənlə qalxan zaman ömrünüzə əlavə bir gün qazanırsınız", - deyən Dursun əlavə edib ki, bu, həm də elektrik enerjisinə qənaət etməyə imkan verəcək.

Yaxın vaxtlarda vali bu cür məhdudiyyətləri şəxsi evlərdə də tətbiq etmək niyyətindədir.

Bildirilir ki, yeni qaydaları pozmaq elə də asan olmayacaq: çünki ilk 3 mərtəbədə liftin qapıları bağlı olacaq.

Bu qaydalar yalnız xəstəxanalarda və qocalar evində keçərli olmayacaq, yəni yalnız tibbi göstəricilərinə görə pilləkənlə qalxa bilməyənlər liftə minə biləcəklər. 

Bəs sizə belə qadağa qoysalar, reaksiyanız necə olardı?

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR