Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir

Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilir
08:04 22 Fevral 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

İmtahanda iştirak etmək üçün 23230 bakalavr ərizə təqdim edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün  2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanacaq.


 

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. İmtahanda iştirak etmək üçün 23230 (ötən il 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlardır. Bakalavrlardan 11620 nəfəri cari ilin, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə 1996-cı il təvəllüdlüdür.


Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19521, Naxçıvanda 535, Gəncədə 1975, Mingəçevirdə 424, Şəkidə 355, Lənkəranda isə 420 bakalavrın imtahan verəcəyi gözlənilir. 


İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1759 nəzarətçi-müəllim cəlb olunub. 

 

 

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR