Masallıda mebel fabriki yandı

Masallıda mebel fabriki yandı
08:09 22 Fevral 2015
319 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsində gücül yanğın hadisəsi qeydə alınıb.

 

 

Masallı rayonunda yerləşən məşhur mebel firmalarından birinə məxsus fabrikdə güclü yanğın meydana gəlib.

 

Gecə saatlarında başlayan yanğın daha da şiddətlənməyə başlayıb. Bu barədə "Cenubnews" xəbər verir.

 

 

Hadisə baş verən əraziyə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin bütün canlı qüvvəsi və texnikası cəlb olunub.

 

 

Yanğın anbarda 2000-2500 kv.m sahəni əhatə edib. Hazırda yanğının söndürülməsi və böyüməsinin qarşısını almaq üçün FHN-in yanğınsöndürənləri işləyirlər.

 

 

Yanğının nədən baş verdiyi isə hələlik bilinmir. Hadisənin dəqiq baş vermə səbəbi isə araşdırmalardan sonra bəlli olacaq.

 

 

Qeyd edək ki, yanğın zamanı fabrikə böyük miqdarda zərərin dəydiyi bildirilir.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR