Qəddafinin kimyəvi silah arsenalı silahlıların əlinə keçdi

Qəddafinin kimyəvi silah arsenalı silahlıların əlinə keçdi
08:24 22 Fevral 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyada radikal silahlı qruplaşmalar ölkənin keçmiş lideri Müəmmar Qəddafinin rejimindən qalan kimyəvi silah arsenalının bir hissəsini ələ keçirərək ilk sınaqlar keçiriblər. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Əş Şərk əl Ausat” nəşri məlumat yayıb.

 

 Məlumata əsasən, söhbət Liviyanın cənubunda və mərkəzi hissəsində səhrada saxlanılan silahlı maddələrdən gedir. Hərbçilər silahlıların ələ keçirdiyi “qənimət”ləri hökumət qüvvələrinə qarşı istifadə edəcəyindən ehtiyat edir.  

 

 Qəzetin  məlumatına görə, Ruvaqe şəhəri yaxınlığında kimyəvi silahların məhv edilməsi üçün nəzərdə tutulmuş müəssisə bir müddət “Misurata briqadaları” qruplaşmasının nəzarəti altında olub. Müəssisənin mühafizəçiləri silahlıların ərazini tərk edərkən özləri ilə naməlum həcmdə “iprit” adlı  zəhərli  maddə aparıblar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR