Peyğəmbəri təhqir edən jurnal fəaliyyətə başlayır

Peyğəmbəri təhqir edən jurnal fəaliyyətə başlayır
08:41 22 Fevral 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl fəaliyyətinin dayandırıldığı bildirilən “Charlie Hebdo” karikatura jurnalı yenidən fəaliyyətə başlayır.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalın yayım direktoru Jerar Berd Fransız xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

“Bəzi dostlarımız dincəlmək niyyətində olsa da, bəziləri tezliklə fəaliyyətə davam etmək istəyir. Biz isə çıxış yolunu tapdıq: bu çərşənbə yenidən yayım fəaliyyətinə başlayacağıq”, - deyə J.Berd açıqlamasında deyib.

Xatırladaq ki, yanvarın 7-də jurnalın redaksiyasına 2 silahlı şəxs tərəfindən basqın edilmişdi. Basqın zamanı jurnalın 12 əməkdaşı qətlə yetirilmişdi.

Qətli törədən silahlı şəxslər bu addımlarını jurnalda çap olunan karikaturalarda İslam dininin və peyğəmbərinin təhqir edilməsi ilə əsaslandırmışdılar. Həmin şəxslər polislə atışmada öldürülmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR