Əli Həsənov: "Azərbaycan istəyir ki..."

Əli Həsənov: "Azərbaycan istəyir ki..."
09:05 22 Fevral 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

“Zaman-zaman Minsk qrupunun həmsədr ölkələrinin təmsilçilik məsələsi müzakirəyə çıxarılıb. Azərbaycan Minsk qrupunun fəaliyyətsizliyindən öz etirazını, narazılığını bildirib. Trend-in məlumatına görə, bunu şənbə günü Ankarada jurnalistlərə Minsk qrupunun həmsədrliyinə Almaniya və Türkiyənin qoşulması məsələsinə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi deyib ki, Minsk qrupunun fəaliyyətsizliyinin sonu olaraq Azərbaycan torpaqları 20 ildən artıqdır işğal altındadır: “Buna görə də Azərbaycan davamlı olaraq Minsk qrupunun həmsədrlərindən fəaliyyətlərini artırılmasını tələb edir.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan istəyir ki, həmsədrlikdə hansı ölkənin təmsilçiliyindən asılı olmayaraq, fəaliyyətlərini gücləndirməlidirlər, beynəlxalq hüquqa söykənərək hadisələrə obyektiv qiymət verməlidirlər.

Xatırladaq ki, ATƏT PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti Minsk qrupunun həmsədr ölkələrinə Almaniya və Türkiyənin də qoşulması təklifi ilə çıxış edib.

Qeyd edək ki, şənbə günü Ankarada Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Empathy 2015" adlı tədbir keçirilib. Tədbirə Azərbaycan və Türkiyənin dövlət məmurları, millət vəkilləri və QHT nümayəndələri olmaqla 300 nəfərdən çox iştirakçı qatılıb.

Ankarada keçirilən tədbirin əsas məqsədi Ermənistanın qondarma “soyqırımı” iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı acıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR