Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq
09:27 22 Fevral 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az anspress-ə istinadən fevralın 22-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 22 fevral 2015
Hicri: 3 cəməduəl-əvvəl 1436

İlin 53-ci günü
İlin sonuna 312 gün qalır


Bu günün namaz vaxtları:

Fəcr - 06.17
Günəş - 07.26
Zöhr - 12.58
Əsr - 16.22
Məğrib - 18.37
İşa - 19.53

1512-ci ildə florensiyalı dəniz səyyahı Ameriqo Vespuççi vəfat edib

1671-ci ildə alman diplomatı və səyyah, səfər qeydlərində Bakıdakı neft quyuları və Dədə Qorqud qəhrəmanlarının qəbirləri ilə bağlı məlumatlar verən Adam Oleari vəfat edib

1732-ci ildə Corc Vaşinqton dünyaya gəlib

1788-ci ildə alman filosof Artur Şopenhauer dünyaya gəlib

1810-cu ildə polyak əsilli bəstəkar Frederix Şopen dünyaya gəlib

1819-cu ildə ispanlar Floridanı ABŞ-a 5 milyon dollara satıblar

1848-ci ildə Parisdə “İyul Monarxiyasına” qarşı çıxışlar başlayıb

1869-cu ildə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə dünyaya gəlib

1922-ci ildə Azərbaycan SSR-in xarici işlər naziri (1944-1958) Mahmud Əliyev dünyaya gəlib

1924-cü ildə Azərbaycan xalq artisti, bəstəkar Süleyman Ələsgərov dünyaya gəlib

1938-ci ildə Azərbaycanın məşhur psixoloqu Ağabəy Sultanov dünyaya gəlib

1974-cü ildə Pakistan özünün keçmiş əyaləti olan Banqladeşin müstəqilliyini tanıyıb

1976-cı ildə Azərbaycan futbolçusu Zaur Ramazanov dünyaya gəlib

1988-ci ildə Əskəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetiriblər

1998-ci ildə Azərbaycan Respublikası Prezidenti “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR