Azərbaycanın mobil operatorları mübahisəli məsələni necə həll edəcəklər?

Azərbaycanın mobil operatorları mübahisəli məsələni necə həll edəcəklər?
09:33 22 Fevral 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil operatoru "Azercell Telecom" MMC operatorlararası qoşulmanın (interkonnekt) dəyəri ilə bağlı mübahisəli məsələni həll etmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə "Azercell" şirkətinin prezidenti vəzifəsinin icraçısı Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, tariflər simmetrik olmalıdır, yəni operatorlardan biri digərinə şəbəkələrarası qoşulmaya görə ona başqa operatorun ödədiyi qədər ödəməlidir: "Bu yaxınlarda biz bu operatora ["Azerfon"a] göstərilən məsələnin həlli ilə bağlı rəsmi şəkildə müraciət etdik və bu günlərdə o, həmin şirkətin rəhbərliyi ilə keçiriləcək müzakirələrin mövzusu olacaq. Biz bu məsələnin həll olunacağına ümid edirik".

V.Mürsəliyev bildirib ki, problem ondan ibarətdir ki, "Azercell" şirkəti digər şirkətə ["Azerfon"a] abonentin öz şəbəkəsindən xaric bir dəqiqəlik danışığı üçün 0,05 manat, qarşı tərəf isə 0,02 manat ödəyir və bu da "Azercell"in maliyyə göstəricilərinə ciddi təsir edir: "Operatorlararası qoşulmaya görə tariflərin assimmetrik olması digər operatora danışığın bir dəqiqəsinin dəyərini 0,03 manata qədər azaltmağa imkan verir. Biz isə bunu həmin operatora danışığın bir dəqiqəsi üçün 0,05 manat ödədiyimiz üçün edə bilmərik".

Onun sözlərinə görə, dünya təcrübəsində operatorlararası qoşulmaya görə assimmetrik tariflərin tətbiqinin müddəti 4 ili ötmür, Azərbaycanda isə o, artıq altı ildir ki, tətbiq olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2365689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR