Peyğəmbəri təhqir edən jurnal yenə iş başında

Peyğəmbəri təhqir edən jurnal yenə iş başında
10:05 22 Fevral 2015
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl fəaliyyətinin dayandırıldığı bildirilən “Charlie Hebdo” karikatura jurnalı yenidən fəaliyyətə başlayır.

Anspress-in məlumatına görə, bu barədə jurnalın yayım direktoru Jerar Berd Fransız xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

“Bəzi dostlarımız dincəlmək niyyətində olsalar da, bəziləri tezliklə fəaliyyətə davam etmək istəyirlər. Biz isə çıxış yolunu tapdıq: bu çərşənbə yenidən yayım fəaliyyətinə başlayacağıq”, - deyə J.Berd açıqlamasında deyib.

Xatırladaq ki, yanvarın 7-də jurnalın redaksiyasına 2 silahlı şəxs tərəfindən basqın edilmişdi. Basqın zamanı jurnalın 12 əməkdaşı qətlə yetirilmişdi.

Qətli törədən silahlı şəxslər bu addımlarını jurnalda çap olunan karikaturalarda islam dininin və peyğəmbərinin təhqir edilməsi ilə əsaslandırmışdılar. Həmin şəxslər polislə atışmada öldürülmüşdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR