Gecə dəhşəti: 6 ev yandı, ata və körpələri öldülər

Gecə dəhşəti: 6 ev yandı, ata və körpələri öldülər
10:12 22 Fevral 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda gecə dəhşətli yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşlara məxsus, taxta konstruksiyalardan ibarət, ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR