Bakıda DƏHŞƏT: ata və iki körpə oğlu yanaraq öldü

Bakıda DƏHŞƏT: ata və iki körpə oğlu yanaraq öldü
10:24 22 Fevral 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanğın ümumilikdə 6 evi əhatə edib

Bu gecə Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də söndürülüb.

 

Hadisənin səbəbia araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR