"Azəryolservis" ASC: “Yollarda təmizlik işləri aparılır”

"Azəryolservis" ASC: “Yollarda təmizlik işləri aparılır”
10:38 22 Fevral 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar dünən axşam saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib. Bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, 24 saat növbətçilik sistemi ilə Bakının və ölkənin digər yolları qardan təmizlənir. Bu işlər gecə boyunca aparılıb və hazırda yollarda avtomobillərin hərəkəti üçün problem yoxdur.

Onun sözlərinə görə, əsasən enişli-yoxuşlu yollar qardan təmizlənir.

Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozuna görə, ölkədə qarlı, şaxtalı hava şəraiti fevralın 23-nə kimi davam edəcək. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR