Yanvar ayında www.icazeler.gov.az portalına 8 minə yaxın müraciət olub

10:43 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc 
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən yanvar ayında 8000-ə yaxın, indiyədək isə 334 mindən artıq internet istifadəçisi yararlanıb.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, portalın xidmətlərindən xarici ölkələrdə, o cümlədən ABŞ, Rusiya, Almaniya və Türkiyədə də istifadə edənlər çoxdur.
Məlumatda qeyd edilir ki, portalda sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, onların qanunvericilik aktlarının hazırlanması prosesində yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də yerləşdirilir. İndiyədək portal vasitəsi ilə 20 dövlət qurumunun 145 qanunvericilik aktının layihəsi ictimai müzakirəyə təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_ayinda_wwwicazelergovaz_portalina_8_mine_yaxin_muraciet_olub-834042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR