Türkiyə Süleyman Şah türbəsindəki dövlət bayrağını və əsgərlərini bölgədən çıxarıb

10:48 22 Fevral 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+


Ankara, 22 fevral, AzərTAc
Türkiyə tərəfi Suriyadakı ərazisi sayılan bölgədə yerləşən Süleyman Şah türbəsində dalğalanan dövlət bayrağını və keşik çəkən hərbiçiləri oradan çıxarıb.
Hökumət nümayəndələrinin açıqlamasına görə, buna səbəb son günlər Suriyanın Hələb bölgəsində silahlı qarşıdurmaların daha da şiddətlənməsidir. Bu addımın dövlət atributlarının və hərbiçilərin təhlükəsizliyi məqsədi ilə atıldığı bildirilir.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
Ankara

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Suleyman_Sah_turbesindeki_dovlet_bayragini_ve_esgerlerini_bolgeden_chixarib-834043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR