Bakıda çovğundur - FOTO

Bakıda çovğundur - FOTO
10:57 22 Fevral 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın paytaxtı ağ libasa bürünüb.

Anspress-in məlumatına görə, Bakıya küləklə müşayiət olunan güclü qar yağır. Dünən günortadan başlanan qar gecə qısa fasilədən sonra səhər tezdən yenidən yağmağa başlayır.

Küləkli qar şəhərdə insanların hərəkətinə maneçilik törədir. Paytaxtın mərkəz küçələrində avtomobil yollarında buz müşayiət olunmur və ictimai nəqliyyat, demək olar ki, normal işləyir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq etmişdi. Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənildiyi, bəzi yerlərdə çovğun olacağı ehtimalı, hətta yolların buz bağlayacağı bildirildi.

Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR