Mədəniyyət müəssisələrinin gənc əməkdaşları üçün “Yaradıcılıq düşərgə”si təşkil olunacaq

Mədəniyyət müəssisələrinin gənc əməkdaşları üçün “Yaradıcılıq düşərgə”si təşkil olunacaq
11:03 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şirvan şəhərində “Yaradıcılıq düşərgə”si təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilir ki, məqsəd mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması, onların nəzəri hazırlıq səviyyəsinin artırılması, sistemdə yaradıcı mühitin dəstəklənməsi, habelə müəssisələrarası sıx işgüzar əlaqələrin təmin olunması və əməkdaşlar arasında təşəbbüskarlıq keyfiyyətlərinin inkişafına təkan verilməsidir.
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarından ibarət nümayəndə heyəti tədbiri təşkil etmək məqsədilə fevralın 26-28-də Şirvan şəhərində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_muessiselerinin_genc_emekdaslari_uchun_Yaradiciliq_dusergesi_teskil_olunacaq-834044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR