Azərbaycan Konqreslər Bürosu 2015-ci il üçün təlimlər planını təqdim edib

Azərbaycan Konqreslər Bürosu 2015-ci il üçün təlimlər planını təqdim edib
11:23 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu 2015-ci il üçün təlimlər planını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, təlimlər büronun üzvlü olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan 9 müxtəlif sahəni əhatə edəcək. Təlimlər büronun üzvlərinin fəaliyyətini genişləndirmək və iş potensialını gücləndirmək məqsədi daşıyır. Təlimlərin əsas özəlliyi görüşlər sənayesinə beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunması və qurumun üzvlərinin hədəf bazarlar haqqında məlumatlandırılmasıdır.
Bu silsilədən ilk təlim martın 12-də xarici ekspertin iştirakı ilə təşkil edəcək. Məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə növbəti təlim isə aprelin 7-də keçiriləcək.
Azərbaycan Konqreslər Bürosu, həmçinin Yaxın Şərq, Rusiya Federasiyası, Almaniya kimi müxtəlif ölkələrin bazar anlayışları üzrə də təlimlər təşkil etməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Konqresler_Burosu_2015_ci_il_uchun_telimler_planini_teqdim_edib-834045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR