Azərbaycan kompüter şəbəkəsinin təklükəsizliyini gücləndirir

Azərbaycan kompüter şəbəkəsinin təklükəsizliyini gücləndirir
11:33 22 Fevral 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu "AzScienceNet" elmi kompüter şəbəkəsinin informasiya təhlükəsizliyinin idarəetmə metodlarını araşdırır. Bu barədə Trend-ə İnstitutdan məlumat verilib.

İnstitutun bu sahədə gördüyü işlər şəbəkə infrastrukturu üzrə kiberhücum modellərinin hazırlanmasını, "bulud hesablama" sistemlərinin informasiya təhlükəsizliyi problemlərinin araşdırılmasını və kompüter şəbəkələrinin intellektual monitorinq metodlarını işlənməsini nəzərdə tutur.

İnstitutun bu sahədə gördüyü işlərin ilkin nəticəsi ilin birinci yarısının sonunda açıqlanacaq.

AMEA-nın struktur bölməsinin 2015-ci ildə perspektiv planlarına daxildir: "AzScienceNet" şəbəkə infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, onun buraxılış qabiliyyətinin saniyədə 300 meqabitə qədər artırılması, şəbəkənin hesablama gücünün bərabər bölüşdürülməsinin alqoritmləri və metodlarının işlənib hazırlanması və s.

Bundan əlavə, İnstitut öz DATA-mərkəzində yerləşən "bulud" servislərinə ölkənin təhsil müəssisələrinin pulsuz çıxışını təmin etmək məsələsini müzakirə edəcək.

"AzScienceNet" elmi kompüter şəbəkəsinin köməyi ilə son istifadəçiyə mərkəzin xidmətlərinə məsafədən çıxış imkanı yaradılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2364656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR